516
Rəylər 13 iyul — 22:27

Türkiyə XİN: "Azərbaycan naminə canımızı verməyə hazırıq!"

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu "Twitter" hesabında Azərbaycan və Türkiyə himnlərinin səsləndirildiyi video paylaşıb.

"Biz Azərbaycan naminə canımızı verməyə hazırıq!", - Çavuşoğlu yazıb.

Xatırladaq ki, bundan əvvəl Mövlud Çavuşoğlu Azərbaycanı dəstəkləyən bəyanat verib və Ermənistanı ağıllı olmağa çağırıb.

"Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ və ətraf ərazilərdəki vəziyyətin həllində qərarı nə olursa olsun, Türkiyə bunu dəstəkləyir", - o deyib.

Xəbərlər