666
Rəylər 13 iyul — 12:52

Rusiyalı politoloq Azərbaycan-Ermənistan sərhədindəki son gərginlik haqda

“ATƏT-in Minsk Qrupu dərhal buraxılmalıdır. Onun heç bir faydası yoxdur”.

Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, bunu Rusiyanın tanınmış siyasi eksperti Qriqori Trofimçuk Azərbaycan-Ermənistan sərhədində baş verən son gərginliyi şərh edərkən bildirib.

“Ermənistan və Azərbaycan ordularının qarşılıqlı zərbələri və yeni qurbanlar barədə, Yerevan ənənəvi olaraq Bakını aqressiyada günahlandırır. Bakı Yerevanı ittiham edir.

Əgər əlimdə belə imkan olsaydı, mən birbaşa bu gün ATƏT-in Minsk Qrupu həmsədrlərini restoranlardan və yataqdan çıxarıb, “Kimdir aqressor” sualına dəqiq cavab tələb edərdim.

Əks halda, Minsk Qrupu dərhal buraxılmalıdır. Belə ki, o, baş verənlərə görə heç bir məsuliyyət daşımır. Minsk Qrupu heç nəyə nəzarət etmir.

Demək, onun heç bir faydası yoxdur”, - deyə rusiyalı politoloq vurğulayıb.

Xəbərlər