760
Rəylər 6 iyul — 21:49

Həkim Pərviz Abbasov: "Buzlu şüşə COVID-19 testləri mənfi çıxan insanlarda da ola bilər"

"Bəzən koronavirus xəstələrinin müayinəsinin nəticəsi əvvəlcə mənfi ola bilər, lakin sonradan müsbətə çevrilə bilər. Buna görə də bir çox ölkələrdə testlərin cavabından asılı olmayaraq kompüter tomoqrafiyası (KT) aparılır".

Bunu Real TV-yə müsahibəsində "Yeni klinika" tibb müəssisəsinin direktoru Pərviz Abbasov deyib.

Onun sözlərinə görə, bu xəstəlik tam və ya qismən irəliləmədən sonra baş verir: "Dəfələrlə, bir çox xəstədə ağciyərlərin kompüter tomoqrafiyası (KT) zamanı COVID-19 xəstələrində "buzlu şüşə" aşkarlanır. Onları koronavirus xəstəsi hesab etmək lazımdır. Müalicə eyni gündə başlamalıdır. Belə xəstələrimiz çoxdur. Hətta onların testlərinin cavabı sonuna qədər mənfi çıxır".

Xəbərlər