812
Rəylər 4 iyul — 20:10

Almaniyada koronovirusdan ölüm faizi niyə aşağıdır?

Almaniyada əhalinin hər milyon nəfərinə 108 ölüm halı düşür. Bu, dünyada ən aşağı göstəricilərdən biridir.

Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, Harvard Universitetinin professoru Tobias Kurt Almaniyada koronovirusdan ölənlərin sayının az olmasının səbəbini izah edib.

“Bizim epidemiyaya hazırlaşmağa vaxtımız oldu. Bizim səhiyyə sistemimiz onsuz da yaxşı hazırlıqlı idi, amma biz onu daha da gücləndirdik”, - deyə Kurt bildirib.

Professor həmçinin qeyd edib ki, hakimiyyət orqanları virusun yayılma tempini epidemiyanın ilkin mərhələsində aşağı salmağa nail oldu. Bu da yaşlı insanların yoluxmasının qarşısını almağa imkan verdi.

Alimin fikrincə, Almaniyada koronovirusdan ölüm hallarının azlığı alman cəmiyyətinin quruluşu və mədəniyyəti ilə bağlıdır. Almanların bir neçə nəslinin ailənin digər üzvləri ilə nadir halda bir evdə yaşadığını vurğulayan epidemioloq deyib: “Cənubi Avropa ölkələrində yaşlı insanlar daha çox inteqrasiya olunublar, ailənin digər üzvləri ilə bir evdə yaşayanlar çoxdur. Buna görə də əgər ailənin təkcə bir üzvü yoluxarsa, virusun başqalarına ötürülməsi riski artır, yaşlı insanlar isə yüksək risk qrupuna daxildir”.

Xəbərlər