269
Rəylər 2 iyul — 10:37

ÜST rəhbəri: Hazırda 141 peyvənd üzərində iş aparılır

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Baş direktoru Tedros Adhan Gebreyesus hazırda dünyada koronavirusa qarşı 141 peyvəndin üzərində iş aparıldığını bildirib.

Baş direktor “Washington Post” nəşrində dərc edilmiş məqaləsində vurğulayıb ki, COVID-19 peyvəndinin hazırlanmasında beynəlxalq əməkdaşlıq vacib rol oynayır.

Onun sözlərinə görə, bu istiqamətdə uğur əldə etmək üçün işlər aylarla davam edə bilər: "Əlbəttə, tam qorunma zəmanəti yoxdur, amma ümid edirik".

Xəbərlər