207
Rəylər 30 iyun — 21:20

Zelenski ölkəni koronavirusun ikinci dalğasına hazır olmağa çağırıb

Ukrayna Prezidenti Vladimir Zelenski ölkəni koronavirusun ikinci dalğasına hazır olmağa çağırıb.

Virtualaz.org bildirir ki, o, xəstəliyin yayılma prosesinin sürətlə getdiyini bildirib.

Qeyd olunur ki, bəzi bölgələrdə koronaviruslu xəstələr tibb müəssisələrinin 70 faizini doldurub. Hökumət xəstəxanaların hazırlanması üçün əlavə vəsait ayıracaq və uşaq düşərgələrin işinin bərpasından imtina edəcək.

“Hələ də ümid edirəm ki, pis ssenarinin öhdəsindən gələcəyik. Ancaq tibb sahəsi hər şeyə hazır olmalıdır”, - deyə V.Zelenski bildirib.

Xəbərlər