371
Rəylər 29 iyun — 23:58

Siyavuş Novruzov koronavirusa inanmayanların cəzalandırılmasını təklif etdi

Milli Məclisin regional siyasət komitəsinin sədri Siyavuş Novruzov koronavirusa inanmayanların cəzalandırılmasını və bu istiqamətdə təbliğat aparılmasını təklif edib.

Virtualaz.org bildirir ki, deputat koronavirusla mübarizənin milli təhlükəsizlik məsələsi olduğunu və karantin rejiminin pozulmasına görə cərimələrin artırılmasını zəruri saydığını deyib.

“Sosial şəbəkələrdə pandemiyanın olmadığı barədə təxribatçı fikirlər səsləndirilib. Onlara qarşı sərt tədbirlər görmək lazımdır", - deyə S. Novruzov əlavə edib.

Xəbərlər