482
Rəylər 31 may — 12:27

Spiker bəzi deputatlara irad bildirdi

Milli Məclisin Sədri Sahibə Qafarova bəzi deputatlara irad bildirib.

Virtualaz.org-un məlumatına görə, Milli Məclisin bu gün keçirilən plenar iclasında səsvermə zamanı S. Qafarova zalda yuxarıda əyləşən deputatların səsvermədə iştirak edib-etmədiklərinin məlum olmadığını bildirib.

Spiker deyib: “Orada çox adam telefondan başını qaldırmır. Siz səsvermədə iştirak etdiklərinə əminsinizmi?”.

Xəbərlər