456
Rəylər 25 may — 17:49

Şamaxının təcrid olunmuş başçısı koronavirusdan danışdı

Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov təcrid rejimində işləmələri barədə danışıb.

Virtualaz.org bir az əvvəl Şamaxı İcra Hakimiyyətinin işçilərindən birində koronavirusun aşkarlanması barədə yazmışdı. Qeyd etmişdik ki, yoluxmuş məmurla təmasda olanların hamısı, o cümlədən rayon başçısı Tahir Məmmədov da karantindədirlər.

T.Məmmədov AzTV-yə müsahibəsində hazırda sosial izolyasiya rejimində işlədiklərini bildirib: “Digər rayonlarda olduğu kimi, mütəmadi olaraq Şamaxıda da koronavirus epidemiyasının qarşısını almaq üçün tədbirlər görülür. O cümlədən, mütəmadi olaraq testlər verilir. Növbəti analiz zamanı əməkdaşlarımızın birində test müsbət çıxdı və bundan sonra digər əməkdaşlar, o cümlədən mən özüm də sosial izolyasiya rejimində işləyirik. Fəaliyyətimizi daha çox onlayn bağlantı vasitəsilə davam etdiririk”.

Virtualaz.org

Xəbərlər