242
Rəylər 22 may — 00:25

Koronavirusla bağlı dezinformasiya yayan 510 nəfər saxlanıldı

Türkiyədə COVID-19 pandemiyası ilə bağlı son 65 gün ərzində əsası olmayan və təxribat xarakterli paylaşımlar edən 510 nəfər saxlanılıb.

Virtualaz.org bildirir ki, bu barədə Türkiyənin Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilir ki, araşdırmalar zamanı bu məlumatların yayıldığı 10 min 111 sosial media hesabı və 1105 şübhəli şəxs müəyyən edilib. Onlardan 510-u artıq saxlanılıb.

Xatırladaq ki, son məlumata görə, Türkiyədə koronavirusa yoluxanların sayı 153 min 548, pandemiya qurbanlarının sayı isə 4249 nəfərə çatıb.

Ölkədə indiyədək 114 min 990 xəstə sağalaraq evə buraxılıb.

Xəbərlər