215
Rəylər 21 may — 16:41

MTX-nın keçmiş direktoru: “Ermənistana yeni hökumət lazımdır”

“Koronavirusun sürətlə yayılması iqtisadi inkişafın azalmasına və sosial gərginliyin artmasına səbəb olub. Bu isə ölkəmiz üçün ciddi təhlükə vəd edir”.

Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, bunu Ermənistan Milli Təhlükəsizlik Xidmətinin (MTX) keçmiş direktoru Artur Vanetsyan bu gün öz Twitter mikrobloqunda yazıb.

A.Vanetsyan bildirib: "Ermənistanı düşdüyü humanitar böhrandan, mürəkkəb vəziyyətdən çıxarmaq üçün bütün qüvvələri birləşdirəcək yeni antiböhran hökumətinin yaradılmasına ehtiyac var".

Virtualaz.org

Xəbərlər