1970
Rəylər 17 may — 16:16

Respublika Klinik Xəstəxanasına xəstə qəbulu dayandırıldı

Akademik M.Mirqasımov adına Respublika Klinik Xəstəxanasında yeni xəstə qəbulu dayandırılıb.

Bunu “Qafqazinfo”ya Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) mətbuat katibi Rəvanə Əliyeva deyib.

“Xəstəxanada yeni qəbul qaydaları müəyyənləşdirilir. Bu səbəbdən tibb müəssisəsi bir həftə yeni xəstə qəbul etməyəcək. Eyni zamanda, həmin müddətdə orada profilaktika məqsədi ilə dezinfeksiya işləri aparılacaq. Xəstəxanada olan pasiyentlərin müalicəsi əvvəlki qaydada davam etdiriləcək”, - deyə R.Əliyeva bildirib.

***12:31

Bəzi mətbuat orqanlarında Akademik M.Mirqasımov adına Respublika Klinik Xəstəxanasında tibb işçiləri arasında koronavirusa kütləvi yoluxma halının baş verməsi və xəstəxananın Ginekologiya şöbəsinin fəaliyyətinin dayandırması ilə bağlı xəbərlər yayılıb. İddiaya görə, virus tibb işçilərinə müəssisəsinin Ginekologiya şöbəsində doğuşa gələn bir qadından keçib.

Virtualaz.org-un məlumatına görə, deyilənlərə münasibət bildirən Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) mətbuat katibi Rəvanə Əliyeva deyib ki, Akademik M.Mirqasımov adına Respublika Klinik Xəstəxanasının işçiləri arasında kütləvi şəkildə koronavirusa yoluxma halının baş verməsi ilə bağlı yayılan xəbərlər həqiqəti əks etdirmir.

Onun sözlərinə görə, xəstəxananın Ginekologiya şöbəsinin fəaliyyətini dayandırması ilə bağlı məlumatlar da doğru deyil və xəstəxana adi iş rejimində çalışır.

Xəbərlər