987
Rəylər 9 aprel — 23:00

Putin koronavirusdan danışdı, türk hücumlarını yada saldı...

Rusiya tarix boyu dəfələrlə ciddi sınaqlarla üzləşib, amma hər bir sınaqdan üzüağ çıxıb.

Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, bunu Rusiya Prezidenti Vladimir Putin ölkədə koronavirusa qarşı mübarizə ilə bağlı qubernatorlarla keçirdiyi telekonfransın sonunda çıxış edərkən deyib.

“Hər şey ötüb keçir, bu da keçəcək. Ölkəmiz dəfələrlə ciddi sınaqlardan keçib: həm peçeneqlər, həm də qıpçaqların çox cəhdi ilə rastlaşmışıq, Rusiya hər şeyin öhdəsindən gəlib...”, – deyə Rusiya lideri bildirib.

Prezident qeyd edib ki, Rusiya Federasiyası bu koronavirus infeksiyasını da məğlub edəcək: “Birlikdə hər şeyin öhdəsindən gələcəyik!”.

Xəbərlər