383
Rəylər 31 mart — 01:36

Mehriban Əliyeva 31 Mart soyqırımından yazdı

Birinci vitse-prezident Mehriban Əliyeva 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü münasibətilə rəsmi İnstaqram səhifəsində paylaşım edib.

Virtualaz.org-un məlumatına görə, paylaşımda deyilir: "Bu gün – 31 Mart – Azərbaycanlıların Soyqırımı Günüdür. Tarix boyu üzləşdiyi bütün faciələrə, çətinliklərə və haqsızlıqlara baxmayaraq, xalqımız deportasiya, etnik təmizləmə və kütləvi qırğınların sarsıntılarını yaddaşında yaşadaraq müstəqillik əzmini qoruyub saxlamış, möhkəm iradə, yenilməz birlik və həmrəylik nümayiş etdirmiş, dövlətimizin qüdrətinin daha da möhkəmlənməsinə nail olmuşdur. Soyqırımı qurbanlarının əziz xatirəsini ehtiramla yad edir, bütün şəhidlərimizə Allahdan rəhmət diləyirəm".

Xəbərlər