614
Rəylər 30 mart — 18:09

DİN: Anbarlarda qalan malların onlayn satışına icazə verilir

Daxili İşlər Nazirliyi (DİN) iri ticarət mərkəzlərinin anbarlarında qalan mallarla bağlı açıqlama yayıb.

Virtualaz.org-un məlumatına görə DİN-in Mətbuat Xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov jurnalistlərə bildirib ki, , xüsusi karantin rejimi dövründə insanların bir-biri ilə təmasını, ünsiyyətini aradan qaldırmaq məqsədi ilə iri ticarət mərkəzlərinin fəaliyyəti məhdudlaşdırılıb: “Lakin buna baxmayaraq, həmin ticarət mərkəzlərində çalışan sahibkarlar anbarlardakı mallarını onlayn satışını həyata keçirə bilərlər. Karantin dövründə onlayn ticarətin imkanlarından istifadə daha doğru seçimdir. Bu zaman satanla alan arasında birbaşa ünsiyyət və təmasın olmaması hər bir vətəndaşın sağlamlığının müdafiəsi deməkdir. Ona görə də sahibkarlara onlayn qaydada mallarını satmaq tövsiyə olunur”.

Xəbərlər