425
Rəylər 28 mart — 15:18

AZAL Polşa aviaşirkətinin reysi haqda

Heydər Əliyev Beynəlxalq Aeroportu 27 mart tarixində Polşanın LOT aviaşirkəti tərəfindən Azərbaycana yerinə yetirilən çarter reysi ilə əlaqədar bir sıra məlumatlara aydınlıq gətirib.

AZAL-dan virtualaz.org-a verilən məlumatda bildirilir ki, 90 sərnişinlə (hamısı Azərbaycan vətəndaşıdır) Varşava-Lənkəran marşrutu üzrə hərəkət edən LOT aviaşirkətinə məxsus hava gəmisinin kapitanı texniki səbəblərdən çıxış hava limanına qayıtmaq barədə qərar qəbul edib.

LOT aviaşirkətinin hava gəmisi əvəz edildikdən sonra Varşavadan yola düşüb və yerli vaxtla saat 22:25-də Lənkəran hava limanına enib. Hava gəmisi ilə gətirilən bütün Azərbaycan vətəndaşları karantinə yerləşdirilib.

Sərnişinlər Lənkəranda düşürüldükdən sonra təyyarə Bakıya uçuş yerinə yetirib və 28 mart tarixində Bakı vaxtı ilə saat 02:20-də 19 sərnişinlə (hamısı Polşa vətəndaşıdır) Varşavaya yola düşüb.

“Azərbaycan Hava Yolları” QSC kütləvi informasiya vasitələrini və ölkə vətəndaşlarını yalnız rəsmi mənbələrdən daxil olan yoxlanılmış məlumatlara etibar etməyi tövsiyə edir.

Xəbərlər