1229
Rəylər 26 mart — 17:50

Koronavirusdan sonra dünyanı hantavirus bürüyəcək?

Dünyada COVID-19 pandemiyasının tüğyan etdiyi bir vaxtda Çində hantavirusdan ölüm qeydə alınıb. Artıq onu "yeni Çin virusu" adlandırmağa başlayıblar və koronavirusun miqyasını nəzərə alsaq, insanların narahatlıqları başadüşüləndir.

Hantavirus virtualaz.org-un diqqətini həm də qonşu Rusiyada sürətlə yayılması ilə çəkir. Bəs hantavirus nə ilə təhlükəlidir və başqa bir epidemiyanı gözləməyə dəyərmi?

Əslində, hantavirus hələ 1978-ci ildə tapılmışdı. Faktiki olaraq, bu, viruslar qrupudur, hansını ki, yalnız 2020-ci il ərəfəsində öyrənməyə və tədqiq etməyə vaxt tapdılar. Koronavirus kimi, o da respirator xəstəliklərinə aiddir və nəfəs orqanlarının ağır infeksiyasına səbəb olur, hansı ki, bəzən böyrək funksiyalarının pozulmasına səbəb olan hemorragik qızdırmaya (titrəməyə) və ölümə gətirib çıxara bilir.

Bir qayda olaraq, hantavirusun daşıyıcıları və yoluxduranı, insanların sidiyi və ifrazatları ilə təmasda olan gəmiricilərdir. Bundan başqa, alimlərin sözlərinə görə, o, xəstənin həyat fəaliyyəti üçün zəruri məhsullarda da olur. Ancaq COVID-19-dan fərqli olaraq, ona hava damcıları ilə yoluxmaq mümkün deyil. Oxşar hallar yalnız Argentina və Çilidə qeydə alınıb. Müəyyən növ uçan həşəratların, yarasaların dişləməsindən sonra da yoluxma halları məlumdur. Çox vaxt insanlar bu virusa isti və quru fəsillərdə, meşədə daha çox gəzintiyə çıxdıqda yoluxurlar.

Hantavirus mülayim iqlimli ölkələrdə nadir xəstəlikdir. ABŞ-da hər il təxminən 30 yoluxma hadisəsi qeydə alınır. Bununla belə, hantavirusdan ölüm ehtimalı yüksəkdir və 40 faizə çatır. Asiya və Avropada daha çox rast gəlinən Koreya hemorragik titrəməsindən ölüm nisbəti daha aşağıdır: 15 faizə qədər.

Alimlər hesab edirlər ki, hantavirusa tüpürcək, sidik və ya siçanların peyini ilə çirklənmiş bir şeylə təmasda olan əllərlə burun və ya ağıza toxunmaqla yoluxmaq olar. Eyni şəkildə, çirklənmiş qida vasitəsi ilə virusa yoluxma ehtimalı da var. Daha az – hansısa heyvanın, həşəratın birbaşa sancması və ya dişləməsi ilə.

Hantavirus infeksiyasının əsas əlamətləri titrəmə, qanaxma və böyrək zədəsidir.

Virtualaz.org

Xəbərlər