399
Rəylər 27 fevral — 18:12

Rusiyanın Yerevandakı səfiri: “KTMT Ermənistan-Azərbaycan sərhədində sabitliyi təmin edə bilər"

KTMT, Ermənistan və Rusiyanın təhlükəsizlik sahəsində əməkdaşlığı Ermənistan və Azərbaycan sərhədində sabitliyi təmin edə bilər.

Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, belə açıqlama ilə Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkin çıxış edib.

Ermənistan-Azərbaycan sərhədində vəziyyətin gərginləşməsindən danışan səfir deyib: “KTMT vəziyyətin mənfi ssenariyə doğru inkişaf etməməsi, eskalasiyanın baş verməməsində əhəmiyyətli rol oynayır, buna zəmanət verir. Bu, vacib və güclü təhlükəsizlik yastığıdır. KTMT çərçivəsində Rusiya-Ermənistan ikitərəfli təhlükəsizlik əməkdaşlığı da mövcuddur. Düşünürəm ki, bu amillər sabitliyi və barışı təmin etmək üçün kifayət qədər əhəmiyyətlidir".

Xəbərlər