746
Rəylər 18 fevral — 20:50

Dövlət Baxçalı: Türkiyədə heç bir hərbi çevriliş olmayacaq

“Türkiyədə heç bir hərbi çevriliş olmayacaq”.

Trend-in məlumatına görə, bunu Türkiyənin Milliyyətçi Hərəkat Partiyasının lideri Dövlət Baxçalı deyib.

O bildirib ki, ölkədə hərbi çevriliş planlaşdıran və arzulayan qüvvələr öz məqsədlərinə çatmayacaqlar: “Türkiyə xalqı, əvvəllər olduğu kimi istənilən hərbi çevriliş cəhdinə qarşı çıxacaq”.

Qeyd edək ki, bir müddət əvvəl Türkiyə KİV-lərində yeni hərbi çevrilişin hazırlanması barədə məlumatlar yayılmışdı.

Xəbərlər