602
Rəylər 29 yanvar — 15:33

Robert Köçəryan: "Azərbaycanlıların mənə edə bilmədiyini Paşinyan etdi..."

Mən hakimiyyətə qarşı hərəkata rəhbərlik edirəm.

Virtualaz.org bildirir ki, bunu Ermənistanın həbsdə olan eks-prezidenti Robert Köçəryan “Yerevan Todey”a müsahibəsində deyib.

“Hakimiyyətin fəaliyyəti məni siyasətə qaytardı. Hakimiyyət həbsdə saxlamaqla məni özlərinin qabiliyyətsiz siyasətinə qarşı hərəkatın simvoluna çevirdi. Tale mənə zamanında Qarabağın müstəqilliyi uğrunda mübarizəyə rəhbərlik etmək imkanı verib. Hərəkat başlayanda mən möcüzə nəticəsində Azərbaycan həbsxanasından qaça bildim. Taleyin ironiyası odur ki, məni azadlıqdan məhrum etməklə hakimiyyət azərbaycanlıların edə bilmədiyini etdi”, – deyə o bildirib.

Həbsxanadan siyasi mübarizəyə başlayacağını bildirən Köçəryan “ölkənin azad olunması”nda vacib rol oynayacağını deyib. O, tərəfdarlarının onun azad edilməsi uğrunda mübarizəni siyasi hərəkata çevirə biləcəklərini istisna etməyib: "Şübhəsiz ki, bu mümkündür".

R.Köçəryanın sözlərinə görə, tarixdə həbsxanadan ilham alan siyasi mübarizənin bir çox uğurlu nümunələri var.

Koçaryan həmçinin bildirib ki, Ermənistanda 2020-ci ildə siyasi landşaftın formalaşması başa çatacaq, hansı ki, fəal vətəndaşları birləşdirəcək yeni siyasi gündəmin formalaşdırılmasına gətirib çıxaracaq.

Onun sözlərinə görə, Ermənistanda növbədənkənar parlament seçkilərinin keçirilməsi siyasi proseslərin intensivliyindən, vətəndaşların iştirak səviyyəsindən, parlamentdəki hakim fraksiyanın sabitliyindən və hakimiyyətin səhvlərindən asılı olacaq.

Xatırladaq ki, Köçəryan 2008-ci ilin mart hadisəsində konstitusiya quruluşunu devirməkdə ittiham edildikdən sonra 2018-ci ilin iyulunda Yerevanda həbs edilib. O vaxt Köçəryan prezidentliyini tərk etdi və səlahiyyətləri seçkidə qalib gələn Serj Sarkisyana təhvil verməyə hazırlaşdı. Lakin səsvermənin nəticələri ilə razılaşmayan prezidentliyə namizəd Levon Ter-Petrosyanın tərəfdarları Yerevanda etiraz aksiyaları təşkil etdilər. Ermənistan hakimiyyəti minlərlə insanın iştirak etdiyi aksiyanı dağıtdı. İğtişaşlar zamanı 10 nəfər öldü, 250-dən çox insan yaralandı.

Xəbərlər