633
Rəylər 26 yanvar — 21:25

Dağıstan rəhbəri Mahaçqala-Bakı sürətli qatarının yola salınması haqda

Xəbər verdiyimiz kimi, Dağıstan Respublikasının rəhbəri Vladimir Vasilyev Azərbaycana işgüzar səfərə hazırlaşır.

Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, bunu bu gün jurnalistlərə açıqlamasında V.Vasilyev özü də təsdiq edib.

Onun sözlərinə görə, 2020-ci ildə Mahaçqala-Dərbənd-Bakı sürətli qatarının yola salınması planlaşdırılıb: “Bu məsələ vətəndaşlar arasında çox maraqla qarşılanacaq, çünki bu zamana kimi mövzu ilə bağlı çox suallar almışıq”.

Dağıstan rəhbəri Dağıstanla Azərbaycanın çox yaxın və etibarlı münasibətlərə sahib olduğunu da qeyd edib.

Xəbərlər