608
Rəylər 25 yanvar — 02:26

Ərdoğan Türkiyədə baş verən güclü zəlzələdən danışdı

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan yanvarın 24-də baş vermiş zəlzələ ilə bağlı fikirlərini bölüşüb.

Virtualaz.org CNN Türk-ə istinadən bildirir ki, Ərdoğan Elazığda, eləcə də bir sıra bölgələrdə baş verən zəlzələ ilə bağlı müvafiq dövlət orqanlarının səfərbər edildiyini deyib.

O, prezident olaraq, zəlzələ ilə bağlı bütün hadisələri yaxından izlədiyini bildirib: “Biz bütün dövlət qurumları, xüsusən də Fövqəladə Hallar və Təbii Fəlakətlər İdarəsi və Qızıl Aypara təşkilatı ilə millətimizin yanındayıq. Zəlzələdə həyatını itirən qardaşlarımıza Allahdan rəhmət, yaralananlara şəfa diləyirəm”.

Xatırladaq ki, 6,8 bal gücündə yeraltı təkan yerli vaxtla saat 20.55-də qeydə alınıb. Zəlzələnin ocağı Yerin 6.75 kilometr dərinliyində olub. Bu saata olan məlumata görə, zəlzələ nəticəsində 14 nəfər ölüb, 200-dən çox yaralı var.

 

Xəbərlər