621
Rəylər 24 yanvar — 22:40

İranın raket zərbələri zamanı ABŞ-ın neçə hərbçisi xəsarət alıb?

İranın İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPEH) ABŞ-ın İraqda yerləşən hərbi bazalarına 8 yanvarda endirdiyi aviazərbələr nəticəsində Birləşmiş Ştatların 34 hərbçisi kontuziya alıb.

Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, bunu Pentaqonun rəsmi nümayəndəsi Conatan Hoffman jurnalistlər üçün keçirdiyi brifinqdə bəyan edib.

“Cəmi 34 hərbçiyə kontuziya diaqnozu qoyulub. Almaniyaya aparılan səkkiz hərbçi ABŞ-a dönüb və tibbi yardım almaqda davam edir. Küveytə göndərilən bir əsgər isə İraqa qayıdıb”,-deyə o bildirib.

Xəbərlər