504
Rəylər 22 yanvar — 16:50

“Məni öldürməyə cəhd edirlər”

Qazaxıstanın birinci prezidenti Nursultan Nazarbayevin nəvəsi Aysultan Nazarbayev ona sui-qəsd olunacağı barədə “Facebook” hesabında yazıb.

Virtualaz.org rus KİV-lərinə istinadən bildirir ki, Aysultan Nazarbayev Böyük Britaniyada xəstəxanada olduğunu və qohumları ilə problem yaşadığını açıqlayıb.

“Tezliklə məni öldürməyə, yaxud dəli olduğumu sübut etməyə və ya atam kimi asmağa cəhd göstərəcəklər! Mənim gücüm Allah, onun oğlu İsa və müqəddəs ruhlardır”, - A.Nazarbayev əlavə edib.

A.Nazarbayev 2019-cu ilin iyul ayında Londondakı hotellərin birində intihar etməyə cəhd edib. Sui-qəsdə mane olmaq istəyən kiçik rütbəli polisə xəsarət yetirən 30 yaşlı Aysultanı şərti cəza, pul cəriməsi, həmçinin, narkotik asılılığından müalicə olunmaq üçün məcburi müalicəyə cəlb edilib.

Xəbərlər