470
Rəylər 22 yanvar — 14:02

Vahid Ələkbərov: Bu gün SOCAR-la müqavilə imzalayacağıq

Yanvarın 22-də “LUKOIL” SOCAR ilə Azərbaycanda 2 dəniz blokuna dair saziş imzalamağı planlaşdırır.

“İnterfaks Azərbaycan” bildirir ki, bunu Davosda jurnalistlərə “LUKOIL”un prezidenti Vahid Ələkbərov deyib.

V.Ələkbərov bildirib ki, onlar bir sıra layihələri müzakirə edirlər: “Bu, “Naxçıvan” bloku və Abşeronun şimalında keçid zonası adlanan dəniz blokudur. Hər halda geoloqlarımız onları perspektivli hesab edirlər”.

“İndi SOCAR-la tədqiq edilməyə dair danışıqlar aparacağıq. Yəqin ki, bu gün forum çərçivəsində saziş imzalayacağıq”, - deyə “LUKOIL” prezidenti əlavə edib.

Xəbər verildiyi kimi, dünən Azərbaycan Prezidenti İlham Əliyev və Vahid Ələkbərov Davosda “Naxçıvan”, “Qoşadaş” yataqlarının “LUKOIL” şirkəti ilə birgə işlənilməsi məsələsini müzakirə ediblər.

Xəbərlər