232
Rəylər 22 yanvar — 12:58

MSK sədri: "Parlamentdə bir yerə 10-12 namizəd var"

“Mərkəzi Seçki Komissiyası Milli Məclisə seçkilərlə əlaqədar bülletenlərin çapına yaxın günlərdə başlayacaq".

Virtualaz.org bildirir ki, bunu jurnalistlərə açıqlamasında Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov deyib.

Onun sözlərinə görə, namizədliyi qeydə alınan şəxslərin bir qismi ənənəvi olaraq bülletenlər çap edilənə qədər öz namizədliklərini geri götürürlər: “Biz istərdik ki, namizədlər mübarizəni indi dayandırmasın. Amma bu, bütün dünya praktikasında olan, xüsusilə keçmiş postsovet ölkələrində, Şərqi Avropa ölkələrində tez-tez baş verən hallardır. Son finiş xəttinə yaxınlaşanda, adların bülletenlərə daxil olma mərhələsində namizədlərin müəyyən qədəri öz namizədliklərini geri götürürlər. Hazırda biz bu məsələ ilə məşğuluq. Müəyyən qism namizədliyini geri götürsə də, parlametdə bir yerə 10-12 namizəd var".

MSK sədri qeyd edib ki, fevralın 9-da səsvermə zamanı seçicilər bülletenlərdə Azərbaycan ictimaiyyətinin müxtəlif təbəqələrini təmsil edən nümayəndələrin olduğunu görəcək və istədikləri seçimi edə biləcəklər: "19 siyasi partiyanın siyahısı əsasında irəli sürülən 260-dan artıq deputatlığa namizəd var. Ümumilikdə, 28 siyasi partiyanın təmsilçiləri iddiaçılar arasındadır”.

Xəbərlər