775
Rəylər 21 yanvar — 01:34

Ərdoğan məsələni konkret qoydu

Liviya Milli Ordusunun rəhbəri Xəlifə Haftarla danışıqlar masasına oturmayacağam.

Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

“Mən Putinə dərhal dedim ki, biz vasitəçilik rolunu qəbul etmirik. Putin də Haftarı öz öhdəsinə götürdüyünü dedi və mənə bu problemi həll etmək üçün Sərracla işləməyi təklif etdi. Ümumiyyətlə, mən nə terrorçu ilə bir masa arxasına oturaram, nə də ona oturmağa imkan verərəm”, - Ərdoğan vurğulayıb.

Xatırladaq ki, yanvarın 19-da Berlində AFR-in Federal Kansleri İdarəsində Liviyada münaqişənin nizama salınması üzrə beynəlxalq konfrans keçirilib. Rusiya Prezidenti Vladimir Putinin, ABŞ Dövlət katibi Maykl Pompeonun, Böyük Britaniyanın Baş naziri Boris Consonun, Fransa lideri Emmanuel Makronun, BMT Baş katibi Antoniu Quttereşin, Türkiyənin dövlət başçısı Rəcəb Tayyib Ərdoğanın, həmçinin İtaliya, Çin, BƏƏ, Misir, Əlcəzair, Avropa Birliyi və Afrika İttifaqı nümayəndələrinin qatıldıqları konfransda iştirakçılar ölkədə barışığı razılaşdırıblar, həmçinin silah tədarükünə embarqo və münaqişə tərəflərinə hərbi dəstəyin dayandırılması ilə bağlı razılığa gəliblər.

Xəbərlər