794
Rəylər 20 yanvar — 21:44

Ramzan Kadırov öz mümkün istefası haqda

Rusiya Federasiyası Çeçenistan Respublikasının rəhbəri Ramzan Kadırov onun başqa vəzifəyə keçirilməsi ilə bağlı yayılan şayiələrin həqiqəti əks etdirmədiyini, karyerasına öz respublikasında yekun vuracağını bildirib.

Virtualaz.org RİA Novosti-yə istinadən bildirir ki, R. Kadırov deyib: “Heç vaxt respublikadan kənarda, respublikanı tərk edərək işləmək marağım olmayıb və mənə başqa vəzifə təklif eedilməyib. Karyeramı respublikamda bitirmək istəyirəm, heç yerə getmək istəmirəm".

Çeçenistan rəhbəri əlavə edib ki, hər hansı bir məmur bir-iki gün efirdə görünmədikdə onun haqqında şayiələr yaranır.

Xatırladaq ki, bir müddət əvvəl Çeçenistan dövlət başçısının və hökumətin saytında R. Kadırovun "müvəqqəti əmək qabiliyyətini itirdiyi" təqdirdə vəzifələrinin icraçısının nazir Muslim Xuçiyevə keçməsi ilə bağlı sərəncam dərc olunub. Çeçenistan dövlət başçısının mətbuat katibi Alvi Kərimov isə Kadırovun müalicə kursu keçdiyini və məzuniyyətdə olduğu və ya müvəqqəti əmək qabiliyyətini itirdiyi təqdirdə səlahiyyətlərinin region hökumətinin sədrinə keçməsinin adi qayda olduğunu vurğulayıb.

Daha sonra isə bəzi KİV-lərdə Kadırova Rusiya Prezidentinin səlahiyyətli nümayəndəsi vəzifəsinin təklif edildiyi barədə iddia yayılıb.

Xəbərlər