366
Rəylər 19 yanvar — 13:04

Tramp bütün impiçment ittihamlarını rədd edir

ABŞ Prezidenti Donald Tramp impiçment ittihamlarını qəti şəkildə rədd edir və ona bəraət verilməsini tələb edir.

Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, ABŞ Prezidenti vəkillərinin Senata impiçment prosesinə çağırışla bağlı ünvanladığı 7 səhifəlik cavabda belə deyilir.

Sənəddə bildirilir ki, Prezidentin atdığı addımlar tamamilə qanuni, adekvat olub və milli maraqların irəliləyişi üçün atılıb: "Prezident Tramp impiçmentin hər iki bəndi üzrə bütün ittihamları tamamilə və qəti surətdə rədd edir. Prezident onun üçün bütün mümkün müdafiə hüquqlarını saxlayır. Bu cavabda ifadə edilmiş səbəblərdən və qarşıdakı ifadədə Senat impiçmentə təqdim olunmanı rədd etməlidir".

Xəbərlər