455
Rəylər 18 yanvar — 21:02

Ərdoğan: Liviyanı Haftarın ümidinə qoymaq olmaz

Liviyanı Haftarın ümidinə qoymaq tarixi səhv olar.

Bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib. O bildirib ki, Liviyanın qanuni hökumətinə terror və insan alverinə qarşı mübarizədə bütün dəstək veriləcək:

“Birləşmiş Millətlər Təşkilatı tərəfindən tanınan Liviya hökuməti bir neçə ildir Xəlifə Haftarın hücumu altındadır. Ona Misir, Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirlikləri kimi antidemokratik dövlətlər dəstək olur. Lakin dünya, xüsusilə, Avropa ölkələri bu vəziyyətə səssiz qalır. Əgər onlar Liviya hökumətinə dəstək olmasa, bu, Avropanın öz ana dəyərlərinə, demokratiyaya və insan haqlarına xəyanəti deməkdir”, - deyə Ərdoğan bildirib.

Xəbərlər