400
Rəylər 17 yanvar — 18:14

Sərracla Haftar bir otaqda belə olmaq istəmirlər

Liviya Milli Ordusunun rəhbəri Xəlifə Haftarla Milli Razılıq Hökumətinin sədri Fayez Sərrac hələlik birbaşa danışıqlara hazır deyillər.

Virtualaz.org-un məlumatına görə, bunu Rusiyanın Xarici İşlər naziri vəzifəsinin icraçısı Sergey Lavrov deyib.

“Berlin konfransında əsas olan Liviyadakı tərəflərin özlərinin keçmiş səhvlərini təkrarlamamaları, əlavə şərtlər irəli sürməyə, bir-birini ittiham etməyə başlamamalarıdır. Hələlik onlar arasında münasibətlər çox gərgindir. Onlar hətta bir otaqda olmaq belə istəmirlər”, – deyə o bildirib.

Bu arada RİA Novosti Xəlifə Haftarın, Yunanıstanın Xarici İşlər naziri Nikos Dendias ilə görüşündə, bir sıra şərtlərə əməl edilərsə, Milli Saziş Hökuməti ilə Berlində sülh sazişinin imzalanmasına razılıq verdiyini yazıb.

Amma o, hansı şərtləri nəzərdə tutduğunu açıqlamayıb, yalnız onu deyib ki, söhbət əvvəllər irəli sürdüyü ilkin şərtlərdən gedir.

Xəbərlər