207
Rəylər 15 yanvar — 12:10

Baş prokurorun müavini: Ötən il 9 vəzifəli şəxs həbs olunub

Yerli icra hakimiyyət orqanlarında olan neqativ hallarla bağlı Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə müraciətlər daxil olub və araşdırma aparılıb.

Virtualaz.org-un məlumatına görə, bunu Baş prokurorun müavini-Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyev 2019-cu ilin yekunlarına dair keçirilən mətbuat konfransında deyib.

O bildirib ki, ötən il icra hakimiyyəti orqanları ilə bağlı 7 cinayət işi başlanıb: “Həmin cinayət işləri üzrə 9 vəzifəli şəxs həbs olunub. Onlar barəsində aparılan ibtidai istintaq başa çatdırılaraq məhkəməyə göndərilib”.

Xəbərlər