928
Rəylər 15 yanvar — 11:40

Nizaməddin Quliyevin oğlu Baş prokurorluqdan çıxarıldı

Ağstafa İcra Hakimiyyətinin hazırda həbsdə olan keçmiş  icra başçısı Nizaməddin Quliyevin oğlu Ramal Quliyev işdən çıxarılıb.

Virtualaz.org xəbər verir ki, bu barədə jurnalistlərə  Baş prokurorun müavini-Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyev 2019-cu ilin yekunlarına dair keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırarkən eyib.

O bildirib ki, Nizaməddin Quliyevin oğlu Ramal Quliyev idarənin əməkdaşı olub: “Ramal Quliyevin müraciəti əsasında baş Prokurorun müaviq əmri ilə tutduğu vəzifədən azad olunub”.

Xatırladaq ki, Nizaməddin Quliyevin digər oğlu Nərimanov Rayon Məhkəməsinin hakimidir. Onun səlahiyyətlərinə xitam verilməyib, amma məlumatlara görə icraatındakı işlər alınıb.

Xəbərlər