334
Rəylər 15 yanvar — 01:14

Böyük Britaniya hökuməti Şotlandiyanın müstəqillik tələbini rədd etdi

Şotlandiyanın Birinci Naziri və Milli Partiyanın lideri Nikola Stercen dekabrda keçirilən parlament seçkilərində 48 yer qazandıqdan sonra Britaniya hökuməti ilə ölkəsində müstəqillik referendumunun keçirilməsi barədə danışıqlara başlayacağını açıqlamışdı.

Böyük Britaniyanın Baş Naziri Boris Conson isə referendumun Şotlandiyanın son on ildəki siyasi durğunluğunu davam etdirəcəyini söyləyib və Şotlandiyanın müstəqillik tələbini rədd edib.

AzərTAc xatırladır ki, 2014-cü ildə keçirilmiş müstəqillik referendumunda 55 faiz seçici Şotlandiyanın Böyük Britaniyanın tərkibində qalmasına səs vermişdi.

Xəbərlər