495
Rəylər 14 yanvar — 15:48

Ərdoğan: Türkiyə Haftara lazımi dərsi verməyə hazırdır

Haftarın ortaya qoyduğu şərtlər onun əsl üzünü göstərir.

Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan hakim Ədalət və İnkişaf Partiyası parlament fraksiyasının iclasında Moskvada Liviya ilə bağlı danışıqların nəticələrini şərh edərkən deyib.

Ərdoğan Haftarın atəşkəs razılaşmasını rədd etməsinin təəccüblü olmadığını bildirib: “Ancaq bu dəfə, keçmişdən fərqli olaraq, işin içində Türkiyə var. Dünən Moskvada aparılan danışıqları çevrilişçi Haftarın əsl sifətini göstərməsi baxımından müsbət hesab edirik. Haftara layiq olduğu dərsi verməkdən əsla imtina etməyəcəyik. Liviya xalqını azadlığa və sabitliyə qovuşdurana qədər bu coğrafiyadakı varlığımıza davam edəcəyik”, - Türkiyə Prezidenti bildirib.

Xəbərlər