267
Rəylər 14 yanvar — 13:02

Türkiyədə xəstə anesteziya iynəsindən öldü...

Türkiyənin Sparta şəhər xəstəxanasında endoskopiya və kolonoskopiyadan keçən 8 xəstədən birinin anesteziya iynəsindən sonra ölməsi ölkənin Səhiyyə Nazirliyində araşdırılıb. Türkiyə Dərman və Tibbi Cihaz Qurumu “propofol” təsiredici maddə tərkibli Dormofol 1%-li intravenoz inyeksiya və Dormofol 2%-li intravenoz inyeksiya dərman vasitəsini I dərəcə və A səviyyəsində geri çağırıb. İlkin araşdırmalara görə, dərman vasitələrinin keyfiyyətindən şübhə edilir.

Səhiyyə Nazirliyi Mətbuat xidmətinin rəhbəri Pərviz Abubəkirov virtualaz.org-a bildirib ki, həmin dərman vasitələri Azərbaycanda dövlət qeydiyyatına alınmayıb və idxal olunmayıb. Propofol tərkibli dərman vasitələrinin risk-fayda nisbəti müsbətdir və onların təhlükəsizliyinə Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzinin Farmakonəzarət şöbəsi tərəfindən nəzarət edilir.

Ü.Xudiyeva

Virtualaz.org

Xəbərlər