624
Rəylər 14 yanvar — 14:40

ABŞ Paşinyanın yerinə namizəd axtarır?

ABŞ hakimiyyəti Ermənistanın baş naziri Nikol Paşinyanın siyasətini və davranışını yaxından izləyir.

Bu barədə Ermənistanın "Hraparak" qəzeti yazıb.

Məlumata görə, ABŞ-ın Ermənistandakı səfirliyi tərəfindən Paşinyanın reytinqinə dair aylıq araşdırma aparılır. Amerika tərəfi Paşinyanın reytinq göstəricilərinin azalmasından narahatdır: “Xüsusilə, Vaşinqton bu azalma nəticəsində Ermənistanda onlar üçün proqnozlaşdırılmayan hadisələrin qeydə alınacağından, hakimiyyətdə arzuolunmaz bir fiqurun olacağından narahatdır. Buna görə məqbul variantlar müzakirə olunur”, - deyə “Hraparak” yazıb.

Qeyd edilib ki, Amerika tərəfi üçün baş nazirin müavini Tiqran Avinyanın namizədliyi ən məqbul seçim hesab olunur.

Xəbərlər