359
Rəylər 13 dekabr — 22:36

AFFA İntizam Komitəsi danışılmış oyunlarda iştirak edənləri cəzalandırdı

I divizionda çıxış edən “Ağsu”, “Turan Tovuz” və “Zirə-2” komandalarının bir neçə oyununda qeydə alınmış şübhəli məqamlarla əlaqədar AFFA-nın nəzdində fəaliyyət göstərən danışılmış oyunlarla bağlı xüsusi komissiyanın və ekspertlərin apardığı araşdırmaya, həmçinin, UEFA-dan AFFA-ya daxil olan məlumatlara əsasən, klubların adları göstərilən futbolçularının, futbol funksionerlərinin, o cümlədən, futbolda hər hansı fəaliyyəti olmayan şəxslərin nəticəsi manipulyasiya olunmuş oyunlarda iştirakı müəyyən olunub.

 Virtualaz.org AFFA-nın saytına istinadən bildirir ki, komissiyanın və ekspertlərin rəyi, UEFA-nın məlumat və hesabatları nəzərə alınaraq aşağıda adları göstərilən şəxslərin futbolla bağlı bütün növ fəaliyyətlərinə qadağa qoyulub:

 “Turan Tovuz”

Qocayev Sənan – futbolçu

Rüstəmov Misir – futbolçu

Bağırov Emin – futbolçu

Sadıqov İlkin – futbolçu

 Məmmədov Rüfət – futbolçu

 Tağıyev Eltay – futbolçu

 Quluzadə Şahin – futbolçu

 “Ağsu”

Kərimov Rəşad – icraçı direktor

Bayramov Kənan – qapıçılar üzrə məşqçi

Hacıyev Ənvər – klubun işçisi

Əliyev Ramil – futbolçu

İbrahimov Vüsal – futbolçu

Əmrahov Qalib – futbolçu

Əliyev Elçin – futbolçu

 Əliyev Məhəmməd – futbolçu

Həşənov Şamo – futbolçu

 Mirzalıyev Ruslan – futbolçu

Quliyev Orxan – futbolçu

Rəhimov Fərrux – futbolçu

Həşimov Elçin – futbolçu

Babayev Malik – futbolçu

 Kərimov Ramil – futbolçu

 Mustafayev Vüsal – futbolçu

 Məmmədov Kənan – futbolçu

 “Zirə-2”

Əliyev Səbuhi – futbolçu

Məsələ ilə əlaqədar hüquq-mühafizə orqanları tərəfindən müvafiq qaydada araşdırma davam etdiyi üçün İntizam Komitəsi tərəfindən növbəti qərarlar qəbul oluna bilər.

Barəsində sanksiya qərarı qəbul olunmuş şəxslərin Apelyasiya Arbitraj Tribunalına müraciət etmək hüququ var.

 

Xəbərlər