493
Rəylər 13 dekabr — 18:45

Əhməd Davudoğlu yaratdığı yeni partiyanı elan etdi

Türkiyənin keçmiş baş naziri Əhməd Davudoğlu yeni partiya yaradıb.

“Hurriyet” xəbər verir ki, dekabrın 13-də paytaxt Ankarada Gələcək Partiya adlı siyasi təşkilatın təqdimatı keçirilib.

Partiyanın təsisçiləri 154 nəfərdən ibarətdir. Onlardan bir hissəsi hakim Ədalət və İnkişaf Partiyasından istefa verən şəxslərdir. Gələcək Partiyanın şüarı isə belədir: “Bizim bir gələcəyimiz var”.

Partiyanın tanıdılması toplantısında çıxış edən sədr Ə.Davudoğlu deyib: “Keçmişi qaralamağa deyil, ortaq bir gələcək qurmağa, yeni şeylər söyləməyə gəlmişik. Üz turşutmağa deyil, təbəssüm göstərməyə gəlmişik. Hazırda bizi bir-birimizdən ayıran deyil, birləşdirən siyasət barədə danışmalıyıq”.

Qeyd edək ki, dekabrın 12-də Gələcək Partiyanın rəsmi formada qeydiyyata alınması üçün Daxili İşlər Nazirliyinə müraciət olunub.

“Report” xatırladır ki, 1959-cu il fevralın 26-da anadan olmuş Ə.Davudoğlu 2009-2014-cü illərdə Türkiyənin xarici işlər naziri, 2014-2016-cı illərdə baş naziri vəzifəsini tutub. 2014-2016-cı illərdə hakim Ədalət və İnkişaf Partiyasınn sədri olub. 2016-cı il mayın 22-də baş nazir vəzifəsindən istefa verib.

O, 2019-cu il sentyabrın 13-də Ədalət və İnkişaf Partiyası üzvlüyündən çıxıb.

Xəbərlər