370
Rəylər 10 dekabr — 16:18

“EuroHome”dakı yanğında 4 nəfər tüstüdən zəhərlənib, 8 nəfərə yerində yardım göstərilib

Səhiyyə Nazirliyi “EuroHome” tikinti materialları bazarında baş verən yanğınla bağlı növbəti məlumat yayıb.

Nazirliyin mətbuat xidmətindən virtualaz.org-a bildirilib ki, tikinti materialları bazarında baş verən yanğınla əlaqədar hadisə yerinə 8 briqada cəlb olunub.

"Saat 16:05-ə olan məlumata görə 8 nəfərə yerində yardım göstərilib, 4 nəfər tüstüdən zəhərlənmə diaqnozu ilə Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə, bir nəfər əlin kəsilmiş yarası diaqnozu ilə Travmatologiya və Ortopediya İnstitutuna gətirilib. Hazırda ərazidə 2 Təcili Tibbi Yardım briqadası var", deyə məlumatda vurğulanıb.

Virtualaz.org

*   *   *11:01

Bakının Binəqədi rayonu ərazisində yerləşən “EuroHome” tikinti materialları bazarında baş verən yanğınla əlaqədar hadisə yerinə artıq 5 təcili tibbi yardım briqadası cəlb olunub.

Səhiyyə Nazirliyinin Mətbuat xidmətindən virtualaz.org-a bildiriblər ki, saat 10:45-ə olan məlumata görə, 6 nəfərə yerində yardım göstərilib, 2 nəfər tüstüdən zəhərlənmə diaqnozu ilə Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə, bir nəfər isə əlin kəsilmiş yarası diaqnozu ilə Travmatologiya və Ortopediya İnstitutuna gətirilib.

Ü.Xudiyeva

Virtualaz.org

Xəbərlər