446
Rəylər 9 dekabr — 16:34

Polad Bülbüloğlu səfirlərin fəaliyyətini qiymətləndirməyi səhv hesab edir

Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu editor.az saytının redaktoruna məktub yazaraq adının “İlin ən fəal səfiri” sorğusuna daxil edilməsindən narazılığını bildirib.

Surəti virtualaz.org-un redaksiyasına göndərilən məktubda səfir bildirir ki, son vaxtlar İnternet saytlarında aparılan sorğuların sayı artıb.

Polad Bülbüloğlu qeyd edir ki, Azərbaycan Prezidentinin təyin etdiyi səfirlərin fəaliyyətlərini müəyyənləşdirmək və ya müqayisə etmək, habelə naməlum meyar və standartlara görə səsvermə keçirərək işlərini qiymətləndirmək cəhdi səhv və qeyri-mümkündür.

“Bu gün Azərbaycanın Dağlıq Qarabağ kimi dərin bir yarası və böyük problemi var. Azərbaycanın bütün diplomatları bu çətin problemi həll etmək və Prezidentin qarşıya qoyduğu vəzifələri yerinə yetirmək üçün fəaliyyət göstərdikləri ölkələrdə, səlahiyyətləri və imkanları daxilində, müəyyən işlər görürlər. Və bu cür işləri hər hansı bir sorğuda və ya səsvermədə qiymətləndirmək təkcə lazımsız deyil, həm də zərərlidir",-deyə məktubda vurğulanır.

Bununla əlaqədar olaraq, Polad Bülbüoğlu öz adının həmin siyahıdan çıxarılmasını xahiş edir.

Virtualaz.org

Xəbərlər