219
Rəylər 3 dekabr — 14:47

Rusiya Azərbaycanla hərbi əməkdaşlıq zamanı regional balansı nəzərə alır

Hərbi-texniki əməkdaşlıq Moskva və Bakı arasındakı strateji tərəfdaşlığın vacib sahələrindən biridir.

Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov azərbaycanlı həmkarı Elmar Məmmədyarovla Bakıdakı görüşdən sonra keçirilən mətbuat konfransında Azərbaycana silah satılması ilə bağlı Ermənistanın KTMT ölkələrinə qarşı iddialarına münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, Rusiya hərbi-texniki əməkdaşlığı beynəlxalq hüquq normalarına tam uyğun şəkildə inkişaf etdirir, regiondakı qüvvələr balansını və sabitliyin qorunmasının əhəmiyyətini nəzərə almaqla aparır.

S.Lavrov yeni sazişin bağlanacağını istisna etməyib: "Müəyyən fikirlər var".

Xəbərlər