324
Rəylər 3 dekabr — 12:55

Avrodeputat Andris Ameriks: “Azərbaycanla dostluq qrupu yaratdım, 751 deputatdan 8-i qoşuldu...”

“Mənim Azərbaycanda dostlarım var, hansı ki, onlar Avropa İttifaqı ilə əməkdaşlıqda maraqlıdırlar. Ona görə də mən Azərbaycanla dostluq qrupunun yaradılması təşəbbüsü ilə çıxış etdim. 751 avrodeputatın hər birinə electron məktub göndərdim, bu qeyri-formal qrupa daxil olmağa dəvət etdim. Beş fərqli siyasi qrupda 8 deputat cavab verdi və bu, yaxşı nəticədir…”

Virtualaz.org xəbər verir ki, bu sitat Latviyadan Avropa Parlamentinin deputatı Andris Ameriksin bb.lv portalına müsahibəsindən götürülüb.

Ameriks deyib ki, onun başçılıq etdiyi həmin dostluq qrupunun ilk görüşündə Azərbaycanın Belçika və Avropa İttifaqındakı səfiri, Azərbaycan parlamentinin deputatları iştirak edirdilər.

“Söhbət heç də ondan getmir ki, kiməsə qarşı dostluq edəsən. Müstəsna olaraq bu ölkə ilə təmasların dərinləşdirilməsindən söhbət gedir, o cümlədən iqtisadi sahədə. Hansı ki, bu hər iki tərəfə fayda verə və o cümlədən Riqaya tranzit yüklər cəlb edə bilər”,-avrodeputat bildirib.

Virtualaz.org

Xəbərlər