402
Rəylər 21 noyabr — 19:10

Mariya Zaxarova: Qarabağdan qovulanların hamısı öz doğma torpaqlarına qayıtmalıdır

"ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinin nümayəndələrinin açıqlamalarında dəfələrlə göstərilib ki, Dağlıq Qarabağ münaqişəsinin dinc yolla tənzimlənməsi planı bütün məcburi köçkünlərin və qaçqınların əvvəlki yaşayış yerlərinə qayıtmaq hüququnu təmin etməlidir".

Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova brifinq zamanı deyib.

Onun sözlərinə görə, ATƏT Minsk qrupunun həmsədr ölkələrinin bəyanatlarında dəfələrlə vurğulanıb ki, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanması planı bütün qaçqın və məcburi köçkünlərin əvvəlki yaşayış yerinə qayıtmaq hüququnu nəzərdə tutmalıdır.

Danışıqlar formatına gəldikdə isə, M.Zaxarova bildirib ki, bu sual tərəflərə yönəldilməlidir: “Onlar iştirakçıların tərkibini müəyyənləşdirməli və razılaşdırmalıdır. Bildiyiniz kimi, indi danışıqlar prosesi Azərbaycan və Ermənistan rəhbərlikləri səviyyəsindədir və iki paytaxt, iki dövlət arasında müvafiq razılaşmalar və ya hər hansı bir razılaşma əldə olunsa, biz öz tərəfimizdən bu razılaşmaları dəstəkləyəcəyik. Təkrar edirəm, iki dövlət arasında razılaşmaları”.

Xəbərlər