360
Rəylər 19 noyabr — 00:14

“Biz Suriyada yenidən hərbi əməliyyatlara başlayacağıq, əgər...”

Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu ABŞ və Rusiyanın Suriya ilə bağlı razılaşmanın tələblərini yerinə yetirmədiklərini bildirib.

Virtualaz.org-un yerli KİV-ə istinadən məlumatına görə, nazir ərazinin terrorçulardan təmizlənməyəcəyi təqdirdə yenidən əməliyyatlara başlanılacağı barədə xəbərdarlıq edib: “ABŞ və Rusiya memorandum öhdəliklərini yerinə yetirmədi. Əgər həmin ərazilər terrorçulardan təmizlənməsə, hərəkata başlayacağıq. Nəticə olmasa, yenə lazımi addımı atacağıq”.

M.Çavuşoğlu onu da xatırladıb ki, dünyadakı qarşıdurmaların 60 faizi Türkiyənin də içində olduğu coğrafiyada baş verir.

Xəbərlər