378
Rəylər 18 noyabr — 18:35

“Ermənistan qonşu ölkələrə xəstəlik virusu yayacaq”

Azərbaycan Beynəlxalq Diaspor Mərkəzinin Türkiyə təmsilçisi və Beynəlxalq Əsassız Erməni İddialarıyla Mübarizə Dərnəyinin (ASİMDER) sədri Göksel Gülbey Ermənistanda viruslar hazırlayan 10-a yaxın laboratoriya qurulduğunu, hədəfin isə Türkiyə, Şimali Qafqaz və Azərbaycana virus yaymaq olduğunu iddia edir.

Virtualaz.org xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.

Pentaqonun Ermənistanda bioloji laboratoriyalar qurduğunu iddia edən ASİMDER sədri Göksel Gülbey rusiyalı mütəxəssis Yevgeni Mixaylovun iddiasını xatırladıb və bu laboratoriyaların yaradılmasında məqsədin türkləri məhv etmək olduğunu söyləyib: "Rusiyalı mütəxəssislərin bu obyektlərə girməməsi ilə bağlı xəbərlər alırıq. Terror təşkilatlarına dəstəyi ilə tanınan Ermənistan dövləti bu laboratoriyalarda nə hazırlayır və onlar niyə bu qədər gizli saxlanır? Rusiya xarici işlər naziri Sergey Lavrovun Ermənistana son səfəri zamanı qondarma erməni soyqırımı abidəsini ziyarət etməsinə rəğmən rusiyalı mütəxəssislərə bu laboratoriyalara girməyə icazə verilmədi”, - Gülbey bildirib.

O, həmçinin bütün insan hüquqları təşkilatlarını bu laboratoriyaları yoxlamağa dəvət edib: “Bioloji laboratoriyalarda Ermənistan qış xəstəlikləri ilə əlaqədar ölümcül viruslar hazırlayıb Türkiyə və Azərbaycan üzərində test edəcək. Ermənilərin hədəfi düşmən millət olaraq gördüyü Türk millətidir. Bütün qonşu ölkələrindəki insan hüquqları təşkilatlarını və Rusiyanı bu laboratoriyaları yoxlamağa dəvət edirik".

Virtualaz.org

Xəbərlər