596
Rəylər 8 noyabr — 17:35

APOEL "Qarabağ"la oyundan sonra qapıçısı ilə bağlı qərarı barədə

Kiprin APOEL klubu UEFA Avropa Liqasının qrup mərhələsinin IV turunda evdə "Qarabağ"la keçirdikləri matçdan sonra qapıçısı Vid Beletslə bağlı qərarını açıqlayıb.

Virtualaz.org sport-fm.com saytına istinadən xəbər verir ki, bu barədə klubun ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Nektarios Petevinos açıqlamasında bildirib. O deyib ki, APOEL müqavilə ilə İtaliya “Sampdoriya”sına məxsus 29 yaşlı qolkiperi almaq hüququna sahibdir və bundan yararlanacaq.

Qeyd edək ki, Vid Belets bu ilin yayında icarə əsasında APOEL-ə keçib. Kipr çempionu onu almaq üçün 100 min avrosundan keçməli olacaq. Sloveniyalı qapıçı Ağdam təmsilçisi ilə matçda hesab 1:1 olarkən komandasını bir neçə dəfə real qoldan xilas edib. Görüş APOEL-in qələbəsi ilə yekunlaşıb - 2:1.

Xəbərlər