2360
Rəylər 6 noyabr — 18:07

Lavrovla mübahisə edib kağızları onun üstünə atan nazir kim idi?!

Ukraynanın keçmiş xarici işlər naziri Pavel Klimkin Minsk danışıqları zamanı Rusiya xarici işlər naziri Sergey Lavrovla aralarında baş vermiş emosional qarşıdurma haqda danışıb. Virtualaz.org xəbər verir ki, diplomatın “Elan edilməmiş müharibə xronikası” proqramına videomüsahibəsi Facebook-da yayılıb.

Klimkin deyib ki, Lavrov ona səsini qaldırdı və girov saxlanılan şəxslərin dəyişdirilməsinə dair danışıqlar aparmaqdan imtina etdi. “Bu vaxt mən sənədləri ona tərəf tulladım, düz sifətinə deyil. Biz siyasi məhbusları müzakirə edirdik: həm də bizim girovların siyahısını. O, onsuz da sinik adamdır, üstəlik başladı bu cür danımağa. Həm almanlar, həm fransızlar orada idi. Və mən kağızları ona tərəf tulladım”,-Klimkin deyib.

Keçmiş nazir bildirib ki, hələ bu hərəkətinə görə təəsüfləndiyini müəyyən etməyib. Diplomat öz hərəkətini emosional atmosferlə izah edib. Onun sözlərinə görə, lavrovun vəzifəsi diplomatların diqqətini yayındırmaq, danışıqların ancaq dövlət başçıları arasında aparılmasını təmin etmək idi.

Minsk danışıqları 2015-ci ildə Donetsk və Donbassda gedən döyüşləri dayandırmaq üçün Ukrayna, Rusiya, Fransa və Almaniya liderlərinin iştirakı ilə aparılıb. Həmin danışıqlarda əldə edilmiş Minsk razılaşması yerin yetirilməmiş qalır.

Virtualaz.org

Xəbərlər