454
Rəylər 19 oktyabr — 20:10

Saakaşvili Ukrayna Baş prokurorunun müavini təyin edilən Gündüz Məmmədovdan yazdı

Gürcüstanın sabiq prezidenti, Odessanın keçmiş qubernatoru Mixail Saakaşvili əslən azərbaycanlı Gündüz Məmmədovun Ukrayna Baş prokurorunun müavini təyin edilməsinə münasibət bildirib.

Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, o öz fikrini Facebook səhifəsində paylaşıb.

“Daha bir doğru təyinat. Gündüz mənim vaxtımda Odessada çalışıb, o, çox yaxşı hüquqşünas və təmiz adamdır. Ona və Ryaboşapkinin yerdə qalan bütün komandasına uğurlar”, - deyə M.Saakaşvili bildirib.

Qeyd edək ki, bundan əvvəl Ukraynanın Baş prokuroru Ruslan Ryaboşapka Krım Muxtar Respublikasının prokuroru vəzifəsini daşıyan azərbaycanlı Gündüz Məmmədovu özünə yeni müavin təyin edib.

Xəbərlər