200
Rəylər 17 oktyabr — 13:49

İcma sədri həmsədrlərə: “...Nəticəsiz danışıqlar cəmiyyəti narahat edir”

Oktyabrın 17-də Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının nümayəndələri ATƏT-in Minsk qrupunun həmsədrləri ilə görüşüblər.

Virtualaz.org bildirir ki, icmanın rəhbəri Tural Gəncəliyev görüşdə Azərbaycan cəmiyyətinin Dağlıq Qarabağ münaqişəsinin həll edilməməsindən narahatlığını diqqətə çatdırıb: “Bizdən danışıqlar prosesinin nəticəsi barədə soruşurlar, ancaq mən onlara konkret cavab verə bilmirəm. Əlbəttə, biz sizin səylərinizi qiymətləndiririk, ancaq nəticəsiz danışıqlar cəmiyyəti narahat edir. Biz konkret nəticələr görmək istəyirik”.

Birlik sədrinin sözlərinə görə, Ermənistan münaqişənin sülh yolu ilə həllində maraqlı deyil: “Azərbaycan isə tam əksinə olaraq, münaqişənin sülh yolu ilə həllini istəyir. Dağlıq Qarabağın erməni icması birgə sülh şəraitində yaşamaqdan imtina edir”.

Xəbərlər